UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu "Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça ("Borussiya", Dortmund), Qorka Quruseta ("Atletik") və Dennis Manı (PSV) qabaqlayıb.

Qeyd edək ki, Fermin Lopes "Barselona"nın "Olimpiakos"u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest