23 Oktyabr 2025, 21:18
FUTBOL
Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messi MLS-in "İnter Mayami" klubu ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni müqavilənin müddəti 2028-ci ilin dekabrına qədərdir. Argentinalının əvvəlki müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır.