23 Oktyabr 2025, 22:30
FUTBOL
İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Ceremi Frimponq zədələnib.
Matc.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"la səfər oyununda (5:1) ayaq əzələsindən xəsarət alıb.
Komandanın baş məşqçisi Arne Slot onun bir neçə həftə meydanlardan uzaq qalacağını açıqlayıb.
Qeyd edək ki, Frimponq "Mersisayd" təmsilçisinə mövsümün əvvəlində "Bayer"dən 40 milyon avroya transfer olunub. O, komanda ilə 9 oyuna çıxaraq 1 qol vurub.