"Tottenhem"in hücumçusu Rişarlison Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

Sabiq klubu "Everton" braziliyalı forvardın xidmətində maraqlıdır. Baş məşqçi David Moyes Rişarlisonu komandasında görmək istəyir.

"Everton" yanvar ayında 28 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 13 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest