"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Heyətə düşə bilməyən niderlandlı forvard dünya çempionatı öncəsi daha çox oynaya biləcəyi bir kluba keçmək istəyir. "Vest Hem" Zirkzeni icarəyə götürmək istəyir. London təmsilçisi 24 yaşlı futbolçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Coşua Zirkze bu mövsüm "Mançester Yunayted"in heyətində 4 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest