İngiltərə futbolunun ikinci ən yüksək liqası olan Çempionşipdə çıxış edən "Şeffild Uensdey" klubundan 12 xal silinib.

Matc.az xəbər verir ki, Bu barədə İngiltərə Futbol Liqasının (EFL) mətbuat xidməti məlumat verib.

Kreditorların təzyiqi səbəbindən klubun sahibi Dejfon Çansiri komandanı və stadion şirkətini idarəetməyə vermək qərarına gəlib. Çempionatın başlamasından bir həftə əvvəl komandanın oyunçuları maaşlarının ödənilmədiyini bildiriblər.

Bu dəyişiklik bütün klublar tərəfindən razılaşdırılmış qaydalara uyğun, avtomatik olaraq 12 xallıq endirimə səbəb olub.

Qeyd edək ki, "Şeffild Uensdey" hazırda Çempionşip turnir cədvəlində 11 oyundan sonra -6 xalla 24-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest