İtaliyanın "İnter" klubu "Komo"da çıxış edən futbolçu Niko Pası heyətinə cəlb etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tyc Sports" paylaşıb.

Bildirilir ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Niko Pasın hüquqlarının 50 faizi İspaniyanın "Real" klubuna məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var. Yarımmüdafiəçinin "Komo" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest