"Futbol FIFA və ya UEFA-ya məxsus deyil. O, xalqa məxsusdur".

UEFA-nın keçmiş prezidenti Mişel Platini Beynəlxalq Futbol Assosiasiyasının ünvanına sərt sözlər deyib.

Matc.az xəbər verir ki, o, FIFA-nı mafiya adlandırıb.

"Hər şey eyni insanların əlində olduqda, bu əsl mafiyadır. Onlar məni məhv etməyə qərar verdilər. Amma uğursuz oldular. Futbol FIFA və ya UEFA-ya məxsus deyil. O, xalqa məxsusdur", - deyə Platini bildirib.

Fransalı məmur bu vəzifəni 2007-ci ildən 2015-ci ilə qədər, FIFA-nın onu səkkiz il müddətinə futboldan uzaqlaşdırana qədər tutub. Bu qərar Platiniyə qarşı korrupsiya ittihamlarından sonra verilib.

2022-ci ildə Platini İsveçrə məhkəməsi tərəfindən fırıldaqçılıq və idarəetmənin pozulması ittihamları ilə bəraət qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest