Türkiyənin "Fənərbaxça" idman klubu 28,7 milyard türk lirəsi (təxminən 588 milyon avro) məbləğində böyük borclarla üzləşib.

Matc.az xəbər verir ki, bu barədə türk jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.

Borc futbol, ​​basketbol, ​​voleybol, yüngül atletika, boks, avarçəkmə və yelkənli idman klublarını əhatə edən bütün "Fənərbaxça" strukturuna aiddir.

Qeyd edək ki, "Fənərbaxça" basketbol komandası hazırkı Avroliqa çempionudur. "Dördlər finalı"nda Şarunas Yasikeviçiusun komandası "Monako"nu məğlub edib (81-70).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest