"Real" işçiləri "Santyaqo Bernabeu" stadionunda ev oyunları üçün mövsüm biletlərini 500 avroya satan bir qrup insanı aşkar ediblər.

Matc.az xəbər verir ki, bu barədə "Madrid Universal"ın sosial media hesabında məlumat paylaşılıb.

Bildirilir ki, Madrid klubunun Çempionlar Liqasında "Marsel"i 2-1 hesabı ilə məğlub etdiyi oyundan sonra, tribunadakı zibil qutularının arasından telefon nömrəsi tapılıb. Daha sonra müşahidə nəticəsində qrupun yuxarıda qeyd olunan qiymətə mövsüm biletləri satdığı aşkar edilib. Klub bununla fəal mübarizə aparır.

Qeyd edək ki, 26 oktyabrda "Real" evdə "Barselona"nı qəbul edəcək. Hazırda "Kral klubu" La Liqa turnir cədvəlində 24 xalla birinci, "Barselona" isə 22 xalla ikinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest