Almaniya Bundesliqasının 8-ci turunda "Borussiya" (Münhenqladbax) və "Bavariya" (Münhen) arasında keçirilən oyun başa çatıb.

Matc.az xəbər verir ki, Münhen klubu oyunu 3:0 hesabı ilə qazanıb.

19-cu dəqiqədən etibarən Yens Kastrop qırmızı vərəqə aldıqdan sonra ev sahibi komanda 10 nəfərlə qalıb. 64-cü dəqiqədə hesabı Coşua Kimmix, 69-cu dəqiqədə Rafael Gerreyro komandanın üstünlüyünü ikiqat artırıb və 81-ci dəqiqədə Lenart Karl "Bavariya"nın üçüncü qolunu vurub.

Bu oyundan sonra "Borussiya" turnir cədvəlində 3 xalla sonuncu yerdədir, "Bavariya" isə 24 xalla turnir cədvəlinə başçılıq edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest