26 Oktyabr 2025, 16:05
FUTBOL
Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Matc.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov təqdim ediblər.












