"Mançester Yunayted"in həmtəsisçisi Cim Retkliff "Barselona"nın hücumçusu Robert Levandovskinin mümkün transferinə qarşı çıxıb.

Matc.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

37 yaşlı polyak komandanın heyətini cavanlaşdırmaq istəyən britaniyalı milyarderin planlarına daxil deyil.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim təcrübəli hücumçu ilə ciddi maraqlandığını qeyd edilir. Məşqçi Levandovskinin soyunma otağında olmasının gənc oyunçuların inkişafına kömək edəcəyinə və komandaya hücumda özünəinam verəcəyinə inanır.

Lakin Retkliff qətiyyən karyeralarının sonuna yaxınlaşan oyunçularla müqavilə imzalamaq ideyasını dəstəkləmir.

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Bu mövsüm hücumçu bütün yarışlarda 9 oyun keçirib və 4 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest