27 Oktyabr 2025, 12:30
FUTBOL
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
"Real" ingiltərəli futbolçunu transfer etmək istəyir. Madrid təmsilçisi Elliot üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.
"Liverpul" və "Mançester Yunayted" də 22 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Elliot Anderson bu mövsüm "Nottinhem Forest"in heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib.












