Almaniya milli komandasının qapıçısı Manuel Noyer rekorda imza atıb. Matc.az saytınınməlumatına görə, “çərçivə qoruyucusu” Estoniya ilə görüşdə fərqlənib.

Belə ki, Noyer “bundestim”lə meydana çıxdığı 37-ci oyunda qapısından qol buraxmayıb. Bu isə komanda tarixinin ən yaxşı göstəricisidir. 33 yaşlı qapıçıya qədər ən yaxşı göstərici isə əfsanəvi qapıçı Zepp Mayerdə idi.

Qeyd edək ki, C qrupunda keçirdiyi 3 oyundan sonra aktivində 9 xal olan Almaniya yığması bir oyun əskik keçirməklə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest