27 Oktyabr 2025, 14:30
FUTBOL
Avropa klublarının transfer siyahısında yer alan Sergey Milinkoviç-Saviç Səudiyyə Ərəbistanında qalacaq.
Matc.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi "Əl-Hilal"la yeni müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçunun mövsümün sonunda başa çatan sözləşməsinin müddəti 2028-ci ilin yayına kimi artırılıb.
Qeyd edək ki, "Əl-Hilal" Sergey Milinkoviç-Saviçi 2023-cü ilin iyul ayında "Latsio"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 14 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.





_1761579949.jpg)






