27 Oktyabr 2025, 15:07
FUTBOL
"Mançester Yunayted" mövsümün sonunda müqaviləsi başa çatan Kazemironu komandada saxlamaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Qırmızı şeytanlar" braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır. Klub 33 yaşlı futbolçunun həftəlik 375 min funt-sterlinq olan maaşının azaldılmasını istəyir. Təcrübəli oyunçu buna razılıq versə, onunla yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Kazemiro bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 8 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.






_1761579949.jpg)





