Londonun “Arsenal” klubu Premyer Liqanın 9-cu turu çərçivəsində “Kristal Pelas” üzərində 1:0 hesablı qələbə qazanıb.

Matc.az xəbər verir ki, bu qələbə “topçular” üçün İngiltərə Premyer Liqasında 700-cü qalibiyyət olub. Bununla da “Arsenal” 1992-ci ildə keçirilən islahatdan (Birinci Diviziondan Premyer Liqaya keçiddən) sonra Premyer Liqada 700 qələbəyə çatan yalnız ikinci klub olub. 760 qələbə ilə “Mançester Yunayted” irəlidədir.

“Liverpul”un aktivində 682, “Çelsi”nin 671, “Tottenhem”in 556, “Mançester Siti”nin isə 555 qələbə var.

Qeyd edək ki, “Arsenal” son dəfə Premyer Liqa titulunu 2003/04 mövsümündə, “Mançester Yunayted” isə 2012/13 mövsümündə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest