"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini artıracaq.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Premyer Liqanın lideri ingiltərəli vingerlə 5 illik sözləşmə imzalayacaq. Salak klubun ən çox maaş alan oyunçusu olacaq. 24 yaşlı futbolçunun həftəlik gəliri 300 min funt-sterlinqdən yuxarı olacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində keçirdiyi 10 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest