28 Oktyabr 2025, 14:56
FUTBOL
"Köln"ün futbolçusu Said El Mala karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
PSJ almaniyalı vingeri transfer etmək istəyir. Almaniya klubu 19 yaşlı oyunçu üçün 40 milyon avro tələb edir.
"Mançester Siti", "İnter" və "Bavariya" da gənc oyunçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Said El Mala bu mövsüm "Köln"ün heyətində keçirdiyi 9 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.









_1761661036.jpg)


