"Bornmut"un hücumçusu Enes Ünal İspaniyaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.

"Xetafe" sabiq futbolçusunu qaytarmaq istəyir. La Liqa təmsilçisi Türkiyə millisinin üzvü olan 28 yaşlı forvardı qışda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Enes Ünal bu mövsüm "Bornmut"un heyətində 1 rəsmi matçda meydana çıxıb. Təcrübəli oyunçu 2020-2024-cü illərdə "Xetafe"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest