“Borussiya” gənc istedadların axtarışı siyasətini davam etdirir.

Matc.az xəbər verir ki, Dortmund təmsilçisi “River Plate”in yarımmüdafiəçisi Xuan Kruz Mesa ilə maraqlanır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Almaniya klubunun nümayəndələri artıq bir neçə dəfə futbolçunun oyunlarını Argentinada şəxsən izləyiblər.

17 yaşlı hücumameyilli yarımmüdafiəçinin “River Plate”lə 2026-cı ilin dekabrına qədər qüvvədə olan müqaviləsi var. Oyunçuya digər aparıcı Avropa klubları da maraq göstərir. Bu da onun transferi uğrunda rəqabətin ciddi ola biləcəyini göstərir.

Mesa Argentina futbolunun ən perspektivli gənc oyunçularından biri sayılır. “Borussiya” onu gələcək üçün potensial hədəf kimi görür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest