28 Oktyabr 2025, 17:58
FUTBOL
Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilib.
Matc.az xəbər verir ki, bu gün "Kəpəz" Qəbələ şəhər stadionunda II Liqada mübarizə aparan "Ağstafa Gəncləri"ni qəbul edib. Gəncə təmsilçisi 6:1 hesablı qələbə qazanaraq növbəti raunda yüksəlib.
"Kəpəz" 1/8 final mərhələsində "Araz-Naxçıvan"la üz-üzə gələcək.
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 41, E.Əbilov, 44, İsmayılov 63(p), Donqo 85 - Hüseynov 69












