"İnter"in qapıçısı Xosep Martinez avtomobili ilə əlil arabasında olan yaşlı bir kişini vuraraq ölümünə səbəb olub.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Hadisə çərşənbə axşamı səhər baş verib. 81 yaşlı kişi oyunçu və tibb işçiləri tərəfindən göstərilən ilk tibbi yardıma baxmayaraq hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları araşdırma aparır. Bir fərziyyəyə görə, əlil arabasında olan kişi qəfil istiqamətini dəyişərək qəzaya səbəb olub.

Hadisədən sonra "İnter"in baş məşqçi Kristian Çivunun çərşənbə axşamı günü keçirilməsi planlaşdırılan "Fiorentina" ilə A Seriyası matçından əvvəl mətbuat konfransını ləğv etmək qərarına gəlib. Oyun çərşənbə günü Milanda keçiriləcək.

Qeyd edək ki, 27 yaşlı Martinez "İnter"ə 2024-cü ilin yayında "Genoa"dan keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest