Fransanın PSJ klubu tarixinin yeni maliyyə rekorduna imza atıb.

Matc.az xəbər verir ki, Paris təmsilçisi 2024/25 mövsümünün maliyyə nəticələrini açıqlayıb.

Bildirilir ki, klubun ümumi gəliri 837 milyon avroya çatıb. Bu da Fransa nəhənginin tarixində ən yüksək göstəricidir.

Xüsusilə, klubun kommersiya gəlirləri 367 milyon avroya, matç mənfəəti isə 175 milyona yüksəlib.

Qeyd edək ki, 2024/25 mövsümündə PSJ Liqa 1 çempionluğunu, Fransa Kubokunu və Çempionlar Liqasını qazanıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest