İqor Tüdorla yollarını ayıran "Yuventus"un yeni baş məşqçisi müəyyənləşib.

Matc.az xəbər verir ki, "ağ-qaralar" Lusiano Spaletti ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İtaliyalı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. "Ağ-qaralar" Çempionlar Liqasına vəsiqə qazansa, sözləşmə daha 1 il uzadılacaq.

Qeyd edək ki, Lusiano Spalettinin son iş yeri İtaliya millisi olub. 66 yaşlı məşqçi iyun ayında yığmadan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest