29 Oktyabr 2025, 14:43
FUTBOL
“Vest Hem”in müdafiəçisi Oliveer Skrals zədələnib.
Matc.az xəbər verir ki, 19 yaşlı futbolçunun “Lids”ə qarşı Premyer Liqanın 9-cu tur matçında körpücük sümüyünü qırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc oyunçu artıq əməliyyat olunub və onun ən tez dekabrda meydana qayıdacağı gözlənilir.
Hadisə ilk hissənin ortalarında baş verib. İngiltərəli sol cinah müdafiəçisi hava mübarizəsindən sonra uğursuz şəkildə yerə düşüb və oyunu davam etdirə bilməyib.
Skrals bu mövsüm bütün turnirlərdə 3 oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə fərqlənməyib.

_1761757625.jpg)


_1761752761.jpg)







