29 Oktyabr 2025, 18:21
FUTBOL
“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven “Real”ın diqqətini cəlb etməyə davam edir.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Madridlilər əsasən azad agent kimi baş tutan transferlərə üstünlük versələr də, 2023-cü ildə “Tottenhem”in 47 milyon avroya transfer etdiyi 24 yaşlı niderlandlı futbolçuya maraqlarını qoruyurlar.
Cari mövsümdə van de Ven bütün turnirlərdə 13 oyunda meydana çıxıb və 5 qol vurub. Futbolçunun London klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Buna görə də onun keçidi yalnız böyük məbləğ qarşılığında mümkündür.







_1761757625.jpg)


_1761752761.jpg)

