Braziliyalı hücumçu Riçarlison artıq bu qış vətəninə qayıda bilər.
Matc.az xəbər verir ki, “Tottenhem”in hücumçusu “Flamenqo”ya mümkün transferə müsbət yanaşır. Bu barədə "Goaal" nəşri məlumat yayıb.
Braziliya klubu yanvar transfer pəncərəsi üçün onu əsas hədəf kimi müəyyənləşdirib.
Rio-de-Janeyroda anadan olan futbolçu bu mövsüm zədələr səbəbindən problemlərlə üzləşib. 28 yaşlı forvard 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində yerini qorumaq üçün vətənə dönmə variantını nəzərdən keçirir.
“Flamenqo” hazırda hücum xəttində təcrübəli forvard axtarır. Buna səbəb Pedronun zədəsi, Bruno Enrikenin qeyri-sabit forması və Juninyonun inamsız çıxışlarıdır. “Fluminense”nin yetirməsi olan və Avropada uğurlu çıxış etmiş Riçarlison bu mövqe üçün ideal namizəd sayılır.
Riçarlison “Tottenhem”də 104 oyuna çıxaraq 23 qol vurub. Bu mövsüm braziliyalı futbolçu 14 matçda 3 dəfə fərqlənib.




_1761757625.jpg)







