"Real"ın braziliyalı hücumçusu Hendrik qış "transfer pəncərəsi" ərzində Fransanın "Lion" klubuna icarəyə verilə bilər.

Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, danışıqlar artıq başlayıb. "Lion" artıq İspaniya klubuna rəsmi təklif göndərib.

Hendrik Madrid klubunda əsas heyətə düşə bilmir və daha çox oyun vaxtı qazanmaq üçün icarəyə getməyi ciddi şəkildə düşünür.

Qeyd edək ki, 19 yaşlı braziliyalı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir və onun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Hendrik bu mövsüm "Real"da heç bir rəsmi oyunda iştirak etməyib. Hücumçu Braziliya millisində 14 oyunda üç qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest