30 Oktyabr 2025, 00:31
FUTBOL
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.
Matc.az xəbər verir ki, Rumıniyanın "Yunayted Qalati" klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandalarına qarşı keçirəcək.












