MLS liqa futbolçularının maaşlarının yeni reytinqini dərc edib.
Matc.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu Lionel Messi ən çox maaş alan oyunçu olaraq qalır və ildə 20,4 milyon dollar qazanır.
İkinci yerdə ötən yayda "Los-Anceles"ə keçən Son Hinq-min (illik 11,2 milyon dollar), "İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Buskets isə üçüncü yerdədir (illik 8,8 milyon dollar). İlk "beşliy"ə həmçinin Migel Almiron ("Atlanta Yunayted", 6,1 milyon dollar) və Hirvinq Lozano ("San Dieqo", 6 milyon dollar) daxildir.
Qeyd edək ki, MLS-də futbolçuların maaşlarına ən çox xərc çəkən klub "İnter Mayami"dir - 48,97 milyon dollar. "Los-Anceles" ikinci yerdədir (30,1 milyon dollar), "Atlanta Yunayted" isə üçüncü yerdədir (28,48 milyon dollar).

_1761823774.jpg)










