"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "E-Notícies" məlumat yayıb.

"Barselona" serbiyalı forvardı heyətinə qatmaq istəyir. Vlahoviçin İtaloiya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan Kataloniya təmsilçisi yayda azad agent statusunda olacaq 25 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 15 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest