Mövsümün sonunda müqaviləsi başa çatan Mauro İkardinin "Qalatasaray"dakı gələcəyi qeyri-müəyyəndir.

Matc.az xəbər verir ki, İstanbul klubu argentinalı forvarda yeni sözləşmə təklif etməyib.

Bir çox ölkələrin klublarının transfer siyahısında olan kapitan özü "Qalatasaray"da qalmaq istəyir. "Sarı-qırmızılar" isə maaşının azaldılmasına razı olacağı təqdirdə 32 yaşlı hücumçu ilə yeni müqavilə imzalamağa isti yanaşır.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest