30 Oktyabr 2025, 17:51
FUTBOL
"Liverpul"un müdafiəçisi Endryu Robertson karyerasını ölkəsində davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Seltik" şotlandiyalı futbolçunu transfer etmək istəyir. Robertsonun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bu məqamdan yararlaanmaq istəyən "Seltik" yayda azad agent statusunda olacaq 31 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlamağğı planlaşdırır.
Qeyd edək ki. "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti"dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində keçirdiyi 9 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












