"Barselona" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenlə yenidən maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubu 2024-cü ildən bəri nigeriyalı futbolçunu hücumçu Robert Levandovskinin potensial əvəzedicisi kimi görür. Lakin oyunçunun yüksək qiyməti Osimhenin "Barselona"ya potensial transferi üçün ciddi maneə ola bilər. Vurğulanır ki, Türkiyə nəhəngi 26 yaşlı futbolçunu ötən yay 75 milyon avroya alıb və onu daha ucuza satmaq istəmir.

Qeyd edək ki, bu mövsüm Osimhen bütün yarışlarda 9 oyunda meydana çıxıb və 6 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest