"Real" hücumçu Vinisiusun baş məşqçisi Xabi Alonso ilə çətin münasibətlərinə baxmayaraq, onun müqaviləsini uzatmaqda israr edir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Cadena Ser" yayıb.
Bildirilir ki, Madrid klubu planlarını dəyişmək niyyətində deyil. Klub hələ də Vinisiusun müqaviləsini uzatmaq niyyətindədir və oyunçu ilə məşqçi arasındakı münasibətlərin hazırda arzuolunan səviyyədə olmadığını qəbul etsə də, bu barədə nikbindir.
Daha əvvəl bildirilmişdi ki, Vinisius "Real"dan ayrılmağı düşünür və agentindən ona yeni klub tapmasını xahiş edib.
Xatırladaq ki, İspaniya La Liqasının 10-cu turunda "Barselona"ya qarşı (2:1) matçda, 72-ci dəqiqədə əvəzləndikdən sonra Vinisius Alonsoya etiraz edərək tunelə yollanıb. Qısa müddət sonra oyunçu ehtiyat oyunçular skamyasına qayıdıb və komanda yoldaşları ilə oyunun son hissəsini izləyib.












