30 Oktyabr 2025, 21:24
FUTBOL
"Mançester Yunayted"in mərkəz müdafiəçisi Lisandro Martines dizindəki ciddi zədədən tam sağalıb.
Matc.az xəbərverir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, o, komanda ilə məşqlərə başlayıb. Gələn ayından etibarən isə meydana qayıda biləcək.
Xatırladaq ki, bu ilin fevral ayında 27 yaşlı argentinalı müdafiəçi "Kristal Palas"la matçda çarpaz bağını yırtılıb və o vaxtdan bəri oynamayıb.
Martines 2022-ci ilin yayında "Ayaks"dan "Mançester Yunayted"ə 57 milyon avroya keçib. Onun müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.












