Дживайро Рид

"Feyenoord"un müdafiəçisi Civayro Rid karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Bavariya" Niderland U-21 millisinin üzvünü transfer etmək istəyir. Münhen təmsilçisi 19 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubu ilə danışıqlara başlayıb.

Gənc oyunçu ilə "Liverpul" və bir neçə İngiltərə klubu da maraqlanır.

Qeyd edək ki, Civayro Rid bu mövsüm "Feyenoord"un heyətində keçirdiyi 12 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest