31 Oktyabr 2025, 15:59
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"Vasko da Qama"nın futbolçusu Rayan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bolavip" nəşri məlumat yayıb.
"Mançester Yunayted" Braziliya U-20 millisinin üzvünü transfer etmək istəyir. "Qırmızı şeytanlar" 19 yaşlı vingeri yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Rayan bu mövsüm "Vasko da Qama"nın heyətində keçirdiyi 46 oyunda 16 qol vurub, 1 qol ötürməsi edib.

 
             
 















