 
 
Kriştiano Ronaldonun böyük oğlu Ronaldo Junior Portuqaliya U-16 millisində ilk oyununa çıxıb.
Matc.az xəbər verir ki, qarşılaşma cümə axşamı turnirin ev sahibi olan Türkiyə yığmasına qarşı keçirilib və portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ronaldo oyuna əlavə olunmuş vaxtda daxil olub. Həmin vaxt onun komandası hesabda 2:0 öndə olub.
16 yaşlı hücumçu hazırda atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun akademiyasında oynayır. Türkiyəyə qarşı oyun Federasiyalar Kubokunun üç görüşündən birincisi olub. Şənbə günü portuqaliyalılar Uelslə qarşılaşacaq. Onlar turniri bazar ertəsi İngiltərə yığmasına qarşı oyunla tamamlayacaqlar.
Qeyd edək ki, bu ilin əvvəlində Ronaldo Junior artıq Portuqaliya U-15 millisində debüt edib və qol vurmağı da bacarıb.

 
             
 















