Türkiyənin "Qalatasaray" klubu "Trabzonspor"dan ukraynalı müdafiəçi Arseniy Bataqovu transfer etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu müdafiənin mərkəzinini gücləndirmək istəyir, çünki hazırda komandanın yeganə sol ayaqlı mərkəz müdafiəçisi Əbdülkərim Bardakçıdır.

"Qalatasaray"ın bu qış sol ayaqlı mərkəz müdafiəçisi transfer etməyə çalışacağı gözlənilir.

Qeyd edək ki, Bataqov bu mövsüm Türkiyə Superliqasında "Trabzonspor"un heyətində 10 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest