"Tottenhem"in keçmiş qapıçısı Alfi Uaytmen 27 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

"Tottenhem" akademiyasının yetirməsi olan Uaytmen, 2021-22-ci illərdə İsveçin "Degerfors" klubunda icarə əsasında oynadığı müddət istisna olmaqla, demək olar ki, bütün karyerasını ingilis klubunda keçirib. O, həmçinin İngiltərənin 17 yaşadək futbolçulardan ibarət komandasında da üç oyun keçirib.

Uaytmen bu ilin iyul ayında "Tottenhem"dən azad agent statusunda ayrılıb və oktyabrın sonunda karyerasını başa vurmaq qərarına gəlib.

Futboldan ayrıldıqdan sonra Uaytmen tamamilə yeni sahələri - kino və fotoqrafiyanı araşdırmağı planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest