01 Noyabr 2025, 09:48
FUTBOL
"Roma"nın 21 yaşlı hücumçusu Evan Ferqyuson evdə "Parma" üzərində 2-1 hesablı qələbə qazandıqları oyunda zədələnərək meydanı erkən tərk edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytının məlumatına yayıb.
Bildirilir ki, tibbi müayinədən sonra oyunçuya sağ topuğunun burxulması diaqnozu qoyulub. Ferqyusonun tam sağalması üçün ən azı iki-üç həftə vaxt lazım olduğu qeyd edilib.
"Brayton"dan icarəyə götürülən hücumçunun 23 noyabrda Seriya A-nın 12-ci turunda "Kremoneze" ilə səfər matçına çıxacağı gözlənilir. Ferqyuson bu mövsüm 10 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.












