01 Noyabr 2025, 10:52
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe La Liqada oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, fransız futbolçu ardıcıl ikinci dəfə sorğuda qalib olub. O, sentyabrda da La Liqanın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.
Mbappe "Real"ın oktyabrda keçirdiyi hər üç çempionat matçında – "Barselona", "Hetafe" və "Villareal"la görüşlərdə qol vurub. Bununla da o, komandasının liderliyini qorumasında böyük pay sahibi olub.
Xatırladaq ki, Mbappe sentyabrda La Liqada meydana çıxdığı 4 matçın hamısında fərqlənməyi bacarmışdı.
Əlavə edək ki, fransız forvard hazırda 11 qolla La Liqanın bombardiridir. O, ən yaxın izləyicilərini 5 top qabaqlayır.












