01 Noyabr 2025, 22:10
FUTBOL
"Real" "Salzburq"un gənc qanad oyunçusu Kerim-Sem Alaybegoviçi izləyir. "Mançester Yunayted" və "Çelsi" də oyunçu ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports Germany" məlumat yayıb.
Bildirilir ki, oyunçu hazırda İngiltərə Premyer Liqası komandalarından olan "Mançester Yunayted" və "Çelsi"nin maraq dairəsindədir, lakin Madrid klubu da bu yaxınlarda hücumçu ilə maraqlanmağa başlayıb.
Qeyd edək ki, 18 yaşlı hücumçu bu mövsüm Avstriya komandasında 21 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib.












