02 Noyabr 2025, 10:00
FUTBOL
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasında növbəti dəfə komandasına qələbə qazandırıb.
Matc.az xəbər verir ki, Peşəkar Liqanın 7-ci turunda keçirilən oyunda onun komandası "Əl-Nəsr" "Əl-Feyha"nı 2:1 hesabı ilə məğlub edib.
Qarşılamada hesabı qonaq komanda açsa da, portuqaliyalı futbolçu 2 qol (37, 90+14 pen.) qol vuraraq komandasına 3 xal qazandırıb.
Bu qələbədən sonra "Əl-Nəsr" yeddi oyundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir.












