"Liverpul"un futbolçusu Məhəmməd Salah "Mançester Yunayted"in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı hücumçu buna Premyer Liqanın X turunda "Aston Villa"nı məğlub etdikləri (2:0) oyunda fərqlənməklə nail olub.
O, bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb.
Misirli forvard "Liverpul"un yerli çempionatda 276 qolun vurulmasında iştirak edib. Salah indiyədək 188 qol və 88 assistin müəllifidir.
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi "Mançester Yunayted" forması ilə bunu bacarıb. O, Premyer Liqada "qırmızı şeytanlar"ın heyətində 183 dəfə rəqiblərini məyus edib və 93 məhsuldar ötürmə ilə yadda qalıb.












