İngiltərə Premyer Liqasında 2019-20 mövsümünün püşkü atılıb. Matc.az xəbər verir ki, yeni mövsümün ilk turunun təqvimi də müəyyənləşib.

Premyer Liqada yeni mövsümə avqustun 10-da start veriləcək. İlk turun oyunları üç günü əhatə edəcək. Son çempion “Mançester Siti” açılış turunda “Vulverhempton”un qonağı olacaq. Həmçinin “Liverpul”, “Çelsi” və "Arsenal" da səfər oyununa çıxacaq.

 

İngiltərə Premyer Liqası

2019/20 mövsümü

I tur

10 avqust

"Tottenhem" – "Norviç"

"Bornmut" – "Şeffild Yunayted"

"Kristal Pelas" – "Arsenal"

"Everton" – "Nyukasl"

"Sauthempton" – "Çelsi"

"Uotford" – "Vest Hem"

"Bernli" – "Liverpul"

 

11 avqust

"Aston Villa" – "Lester"

"Mançester Yunayted" – "Brayton"

 

12 avqust

"Vulverhempton" – "Mançester Siti"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest