14 Noyabr 2025, 14:57
FUTBOL
"Əl-Əhli" klubunun direktoru Rui Pedro Braz hücumçu Ayven Toninin mümkün gedişini şərh edib.
Matc.az xəbər verir ki, klub rəsmisi Premyer Liqa təmsilçisi "Tottenhem"in transfer siyahısında yer alan 29 yaşlı forvardın komandada qalacağını bildirib:
undan əvvəl 29 yaşlı futbolçuya “Tottenhem”in maraq göstərdiyi bildirilmişdi.
“Toni yüksək səviyyəli oyunçu, yüksək səviyyəli hücumçudur. Onun yanvarda gedəcəyi ilə bağlı şayiələr? Bu, sadəcə, həqiqət deyil. Biz ona güvənirik, bu mövzuya qayıtmağa heç bir ehtiyac yoxdur"
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Ayven Toni cari mövsümdə "Əl-Əhli"nin heyətində bütün turnirlərdə 15 matça çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.












